Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin 26 fevralda 90 yaşı tamam oldu. Eks-baş nazir ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev” ordeninə layiq görülüb. Keçmiş hökumət başçısı ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə yüksək təltifə layiq görülüb. Bilirik ki, A.Rasi-zadə nadir hallarda mətbuata müsahibə verir.
Resmixeber.az ,resmixeber.az-a Artur Rasi-zadənin Musavat.com-a verdiyi müsahibəni təqdim edir:
– Artur müəllim, doğum gününüzü, 90 illik yubileyinizi təbrik edirəm. Həmçinin “Heydər Əliyev” ordeninə layiq görülməyinizlə bağlı təbrik edirəm.
– Çox sağ olun, minnətdaram.- Xatırlayırsınızsa, sizinlə yeddi il əvvəlki söhbətimizdə demişdiniz ki, məni ən çox narahat edən Qarabağ məsələsidir. Bu gün Artur müəllim özünü necə hiss edir?
– (Ürəkdən gülür) Mən çox şadam ki, bu yaşa çatdım, torpaqlarımızın azad olunmasını öz gözlərimlə gördüm. Bu, tarixi hadisədir.
– Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?
– Bəli, bəli. Elədir.
– Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin, bu gün başqa hisslər keçirirsiniz…
– Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Koçaryan, Sarqsyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.
– Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?
– Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)
– Misir müəllim (Mərdanov-E.P.) sizinlə bağlı çox maraqlı xatirələrini bölüşüb, təbrik yazıb.
– Eləmi? Mən hələ oxumamışam.
– Bildirir ki, Artur müəllim hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi arxasında şirin söhbətlər edir. Əlavə edib: “Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm”.
– Bəli, bəli. Misir müəllimlə birgə işləmişik. Sağ olsun. Minnətdaram.
– Keçən dəfəki söhbətimizdə xatirələrinizlə bağlı kitab yazacağınızı demişdiniz. Yəqin ki, artıq başlamısınız, eləmi?
– Elədir, başlamışam(gülür).
– Çox maraqla gözləyirik. Çünki siz canlı əfsanə sayılan insanlardansınız. Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?
– Ən çox minnətdarlıq…Minnətdarlıq…Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də cənab Prezidentə cansağlığı arzulayıram. Ulu öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, cənab Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü qiymət ve

– Artur müəllim, doğum gününüzü, 90 illik yubileyinizi təbrik edirəm. Həmçinin “Heydər Əliyev” ordeninə layiq görülməyinizlə bağlı təbrik edirəm.
– Çox sağ olun, minnətdaram.
– Xatırlayırsınızsa, sizinlə yeddi il əvvəlki söhbətimizdə demişdiniz ki, məni ən çox narahat edən Qarabağ məsələsidir. Bu gün Artur müəllim özünü necə hiss edir?
– (Ürəkdən gülür) Mən çox şadam ki, bu yaşa çatdım, torpaqlarımızın azad olunmasını öz gözlərimlə gördüm. Bu, tarixi hadisədir.
– Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?
– Bəli, bəli. Elədir.
– Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin, bu gün başqa hisslər keçirirsiniz…
– Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Koçaryan, Sarqsyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.
– Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?
– Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)
– Misir müəllim (Mərdanov-E.P.) sizinlə bağlı çox maraqlı xatirələrini bölüşüb, təbrik yazıb.
– Eləmi? Mən hələ oxumamışam.
– Bildirir ki, Artur müəllim hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi arxasında şirin söhbətlər edir. Əlavə edib: “Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm”.
– Bəli, bəli. Misir müəllimlə birgə işləmişik. Sağ olsun. Minnətdaram.
– Keçən dəfəki söhbətimizdə xatirələrinizlə bağlı kitab yazacağınızı demişdiniz. Yəqin ki, artıq başlamısınız, eləmi?
– Elədir, başlamışam(gülür).
– Çox maraqla gözləyirik. Çünki siz canlı əfsanə sayılan insanlardansınız. Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?
– Ən çox minnətdarlıq…Minnətdarlıq…Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də cənab Prezidentə cansağlığı arzulayıram. Ulu öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, cənab Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü qiymət verdi.
– İlk söhbətimizdə dilə gətirdiyiniz, Qarabağla bağlı sizin də, bütün xalqımız kimi, arzunuz reallaşdı. Bundan sonra ümummilli və ya şəxsi planda hansı arzu-istəyiniz var?
– Xalqımıza birinci növbədə sülh, yüksək rifah arzulayıram. Başqa nə deyə bilərəm? Görürsən də dünya necə dəyişir? Ona görə də hər bir çağırışa hazır olmalıyıq. Gördüyünüz kimi, ən çox güclü və müdafiə qabiliyyətli ölkələrlə hesablaşırlar. Mən də arzu edirəm ki, biz də o sıralarda olaq.
– Böyük Hüseyn Cavidin məqbərəsini ziyarət etmək üçün Zəngəzur dəhlizindən keçən qatarla nə zaman Naxçıvana gedəcəyinizi düşünür və ya arzulayırsınız?
– Mən tam inanıram ki, o gün gələcək. Hələ uşaq vaxtında Naxçıvandan Bakıya qatarla gedib-gəlirdim. Düşünürəm ki, bundan sonra da belə olacaq. Birmənalı. Məndə şübhə yoxdur. Yalnız zaman və bir də o məsələyə qayıdıram ki, özümüz güclü olmalıyıq. Həm iqtisadi cəhətdən, həm də müdafiə qabiliyyətimiz çox güclü olmalıdır.
– Sizinlə söhbət edərkən ani olaraq düşünürəm ki, Cavidin də ruhu şaddır və getdikcə daha da şad olacaq. Çünki Hüseyn Cavid turançılıq ideyasının daşıyıcısı idi və bu yolda şəhid oldu. Turan dünyasının qurulması, Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində addımları necə dəyərləndirirsiniz?
– Bəli, doğrudur, Cavidin də ruhu şaddır. Turanın qurulması ikinci atılacaq addım ola bilər. Birinci addım Zəngəzur dəhlizinin açılması olacaq. Turanın qapısı. Cavid bunu o vaxt görürdü (gülür).
– Artur müəllim, Zəngəzur dəhlizinin keçəcəyi 43 km-lik dəmiryolu infrastrukturunun dağıdılmasına görə Ermənistan ölkəmizə kompensasiya ödəməli deyilmi? Siz uzun illər iqtisadi komandaya rəhbərlik etmisiniz, yəqin ki, həmin dəmiryolu xəttinin sovetlər dövründə Azərbaycanın əmlakı olması faktı barədə də məlumatlısınız.
– Təbii ki, bizə vurulan zərər mütləq ödənilməlidir. Biz artıq bu məsələni qaldırmışıq, rəqəmlər səslənir. Təbii ki, həm diplomatik sahədə, həm hüquqi müstəvidə nüfuzumuz qalxdıqca, təsirimiz daha da artacaq. O məsələləri mütləq nəzərdə saxlamalıyıq.
– Cənab Prezident Qərbi Azərbaycana qayıdışın da reallaşması məsələsini qətiyyətli şəkildə bəyan edib.
– Bəli. Bu, ədalətli mövqedir. Burada işğalçılıq, ya başqa bir şey yoxdur. Əksinə, tarixi sənədlər var, bu ərazilər 1920-ci ildən sonra Ermənistana necə verilib, bolşeviklərin qərarı ilə və sair. Çətinliklə də olsa, bir az gec, bir az tez, həqiqət öz yerini tutur. Baxmayaraq ki, indiki zəmanədə ədalət çox da istifadə olunmayan bir sözdür. Amma ədalət yenə var və olmalıdır.
– Ermənistanla sülh sazişinin imzalanması perspektivi barədə nə kimi gözləntiləriniz var?
– Demək çətindir. Çünki bizim qoyduğumuz şərtlərlə bağlı razılığa gəlməsələr, təbii ki, buna qol çəkmək olmaz. Özü də buna bizim tam haqqımız var. Sən necə konstitusiyaya yaza bilərsən ki, bu ərazilər mənə məxsusdur? Ölkəmizin ərazi bütövlüyünə qəsd etdiyin halda, mən necə səninlə sülh imzalaya bilərəm? Ona görə də birmənalı şəkildə Ermənistan konstitusiyası dəyişməlidir!
– Artur müəllim, indiki hökumət başçısı Əli Əsədovla təmaslarınız, görüşünüz olurmu? Hökumətin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Razısınızmı?
– Mən sənə bir söz deyim: bəziləri düşünür ki, baş nazir işləmək asan məsələdir. Çətin vəzifədir, çox çətin məsələdir. Yalnız uğurlar, uğurlar, uğurlar! İndi Allaha şükür, işlər pis deyil, yaxşıdır. Prezidentin etimadını doğruldurlar. Özü də təkcə bizim ölkədə deyil, bütün ölkələrdə baş nazir vəzifəsini daşımaq asan məsələ deyil, bunu camaat bilməlidir.