Qabıqla yeyilən, bir dənəsi bir kiloqram olan limonun faydaları – VİDEO

Cəmiyyət


Astaralı fermer Zəbiəli Əliyevin yetişdirdiyi limonun çəkisi bir kiloqrama yaxındır.

Fermer bu limon sortunu Özbəkistandan gətirib, ağaca qulluq edib və artırıb.

“Bu limonun saxlanma müddəti yerli sortlardan fərqlənir. Bu limon ağacda bir ildən çox qalır, xəstəliyə də davamlıdır. Qabığı bir az qalındır. Amma əslində, bu sortun meyvəsi qabıqla yeyilir”, – deyə Z.Əliyev söyləyib.

İlk baxışdan böyük bir armudu xatırladan bu sort tərkibinə görə də faydalı hesab edilir. Əsasən şəkərli diabet, təzyiqi yüksək olan insanların istifadə etməsi məsləhət görülür.

Qiymətlərə gəldikdə isə bir ədədinin qiyməti yerli məhsullarla müqayisədə 10 dəfə baha, yəni 3-4 manat arasında dəyişir. 

Bu limonun başqa bir özəlliyi isə odur ki, yerli limonlar ildə bir dəfə bar verirsə, özbək sortu ilboyu ardıcıl olaraq bar vermək xüsusiyyətinə malikdir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir