Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı
dövlət başçısı vəzifəsindən istefa verməsi ilə bağlı bəyanatı
imzalayıb.

Onun sözlərinə görə, prezident səlahiyyətlərini müvəqqəti olaraq
Xalq Skupşinasının (birpalatalı parlament) sədri vəzifəsini icra
edən Ana Brnabiç həyata keçirəcək.




Vuçiç səlahiyyətlərini bazar ertəsi ona təhvil verəcəyini
vurğulayıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısının seçkiləri
dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.

Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkiləri
oktyabrın 25-də keçiriləcək. Vuçiç hakim Serbiya Proqressiv
Partiyasının siyahısına rəhbərlik edəcək və baş nazirliyə namizəd
olacaq.