Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

Baş səhifə
Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1 400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) “Başneft-UNPZ” neft emalı zavoduna zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

“Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda – Ukraynadan 1 400 kilometr məsafədə – üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər”, – mənbə qeyd edib.

Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq və yanacaq-sürtkü materialları ilə təmin edir.