
Bakı. Trend:
“Çelsi”nin futbolçusu Estevao karyerasını İspaniya La Liqasında
davam etdirə bilər.
“Barselona” braziliyalı vingerin xidmətində maraqlıdır. Bu
barədə “Diario Sport” nəşri məlumat yayıb.
Kataloniya nəhəngi Estevaonu yanvarda heyətinə qatmağa
çalışacaq. “Barselona”nın planı 19 yaşlı ön xətt oyunçusunu icarəyə
götürməkdir.
Qeyd edək ki, “Çelsi” Estevaonu 2025-ci ilin yayında “Palmeyras”dan 45 milyon avroya transfer edib. Braziliya millisinin
üzvü cari mövsümdə London təmsilçisinin heyətində 8 rəsmi matçda
172 dəqiqə meydanda olub.

