
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna
qarşı tətbiq olunan sanksiyaların hələlik qüvvədə qalacağını
bildirib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən
deyib.
Sanksiyaların ləğvinin nəzərdən keçirilib-keçirilmədiyi barədə
suala cavab verən ABŞ Prezidenti hazırda bu istiqamətdə heç bir
addım atmadığını bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha
əvvəl fonda qarşı məhdudiyyətlərin aradan qaldırılması məsələsinin
Vaşinqtonla müzakirə edildiyini açıqlamışdı. “The New York Times”
qəzeti də Tramp administrasiyasının bu ehtimalı araşdırdığını
yazmışdı.

