
BMT Təhlükəsizlik Şurası Liviyadakı BMT Dəstək Missiyasının (UNSMIL) fəaliyyət müddətini 31 oktyabr 2027-ci ilədək uzadıb.
APA xəbər verir ki, Böyük Britaniyanın hazırladığı qətnamə layihəsinə səsvermədə Şuranın 13 üzvü lehinə səs verib, Yunanıstan və Rusiya bitərəf qalıb.
Qeyd edək ki, 2011-ci ildə yaradılan missiya Liviyada siyasi keçid prosesinə dəstək verir, ölkənin hərbi və iqtisadi qurumları arasındakı parçalanmanın aradan qaldırılması, eləcə də münaqişə tərəfləri arasında vasitəçilik istiqamətində fəaliyyət göstərir.

