
Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası Liviyada fəaliyyət göstərən BMT Dəstək
Missiyasının (UNSMIL) mandatının müddətini 2027-ci il oktyabrın
31-dək uzatmaq barədə qərar qəbul edib.
Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin
lehinə Şuranın 13 üzvü səs verib. Rusiya və Yunanıstan isə səsvermə
zamanı bitərəf mövqe tutub.
Xatırladaq ki, 2011-ci ildə təsis edilən missiya Liviyada siyasi
keçid prosesinə dəstək göstərir, ölkənin hərbi və iqtisadi
institutları arasındakı parçalanmanın aradan qaldırılmasına
çalışır, həmçinin münaqişə tərəfləri arasında vasitəçilik
missiyasını həyata keçirir.

