Polşada Konstitusiya Tribunalının rəhbərliyi müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Polşada Konstitusiya Tribunalının sədri və sədr müavininin
xidməti səlahiyyətləri bir ay müddətinə dayandırılıb.

Polşa Mətbuat Agentliyinin (PAP) məlumatına görə, Konstitusiya
Tribunalının rəsmi saytında qurumun sədri Boqdan Sventyçkovskinin
və onun müavini Bartoş Soxanskinin bir ay müddətində vəzifələrini
icra etməyəcəkləri barədə məlumat dərc olunub.

Bu müddət ərzində tribunalın fəaliyyətinə qurumda ən uzun müddət
çalışan hakim Anna Korvin-Petrovskaya rəhbərlik edəcək.




Bildirilib ki, belə bir qərarın verilməsinə səbəb kimi bir sıra
pozuntular göstərilib. Bunlara sədr və müavinin parlament
tərəfindən seçilmiş bütün hakimlərin iştirakı ilə tribunal
hakimlərinin ümumi iclasının keçirilməsinə mane olan hərəkətləri,
həmçinin məhkəmə tərkiblərinin formalaşdırılması zamanı yol
verilmiş qanun pozuntuları daxildir.

Qərarın açıqlanmasından sonra tribunalın binası qarşısında
çoxsaylı etirazçılar toplaşıb. Bir müddət sonra polis əməkdaşları
da əraziyə cəlb olunub.