
Bakı. Trend:
Luis Enrike PSJ-nin baş məşqçisi kimi qazandığı qələbələrin
sayına görə yeni rekorda imza atıb.
Bu gün qapıçı Matvey Safonovun çıxış etdiyi Paris təmsilçisi
Fransa Liqa 1-in 9-cu turunda “Havr”ı 5:1 hesabı ilə darmadağın
edib. Bununla da ispaniyalı mütəxəssisin PSJ-nin baş məşqçisi kimi
bütün turnirlərdə qazandığı qələbələrin sayı 127-yə çatıb.
Enrike 126 qələbə ilə əvvəlki rekordun sahibi olan Loran Blanın
göstəricisini geridə qoyub.

