
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verməsi barədə
məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan taxta
konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot
bağlamasının 7 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər
yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

