
Bakı. Trend:
Hakerlər “Polymarket” bukmeker platformasının saytındakı texniki
boşluqdan istifadə edərək istifadəçilərin hesablarından ən azı 2,6
milyon dollar oğurlayıblar.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat
yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, hücuma Polymarket saytında
istifadə olunan performans monitorinqi üzrə üçüncü tərəf aləti
DebugBear-dəki texniki boşluq səbəb olub. Mənbə bildirib ki,
Polymarket şirkəti mərkəzi Böyük Britaniyada yerləşən DebugBear ilə
bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şirkət
istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin pozulduğunu
təsdiqləyib və hücumun nəticələrini aradan qaldırmaq məqsədilə
beynəlxalq platformasında ticarəti müvəqqəti dayandırıb.
WSJ-nin blokçeyn pul kisələrinin aktivliyinin təhlilinə əsasən,
ehtimal ki, hücumçuya məxsus olan pul kisəsində Polymarket
istifadəçilərinin hesablarından çıxarılan 2,5 milyon dollardan çox
vəsait aşkarlanıb. Məlumatlar vəsaitlərin 700-dən çox hesabdan
oğurlandığını göstərir.

