Çin yeni qızıl və nikel ehtiyatları aşkarlayıb

Baş səhifə

Bakı.Trend:

Çində qızıl, nikel və reniumun yeni ehtiyatları aşkar edilib.
Bu, ölkədə strateji faydalı qazıntı ehtiyatlarının kəskin şəkildə
yenidən qiymətləndirilməsinə səbəb olub.

Bu barədə “Sinxua” agentliyi Çinin Təbii Sərvətlər Nazirliyinə
istinadən məlumat yayıb.

Bildirilib ki, renium ehtiyatları 200 faizdən çox artıb. Qızıl
və nikel ehtiyatlarının artımı isə müvafiq olaraq 50 və 30 iri
yatağın ehtiyatlarına bərabərdir.




Hesabata əsasən, aşağı filiz tərkibinə malik və hasilatı çətin
olan yataqların yenidən qiymətləndirilməsindən sonra qallium,
indium, tantal və vanadium ehtiyatlarının artımı hər biri 10-dan
çox iri yatağın ehtiyatlarına bərabər olub.

Bundan əlavə, Çində ölkənin ilk sirkon səpinti yatağına malik
allüvial-göl sistemi aşkar edilib.