
Bakı.Trend:
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən
zərbələr endirməyə başlaya bilər.
Bu barədə MS NOW telekanalı məlumatlı mənbələrə istinadən xəbər
yayıb.
Mənbələrin məlumatına görə, ABŞ administrasiyası Fars körfəzi
ölkələrindən bir neçəsini noyabrın 4-də başlaya biləcək “qısa və
intensiv zərbələr mərhələsi”nə hazırlaşmağın zəruriliyi barədə
məlumatlandırıb.
Qeyd olunur ki, Vaşinqtonun Fars körfəzi regionundakı
müttəfiqləri hücumların bərpa olunacağı təqdirdə İranın cavab
tədbirləri görəcəyindən ehtiyat edərək gərginliyin azaldılmasına
nail olmağa çalışırlar. Adı açıqlanmayan regional rəsmilərdən
birinin sözlərinə görə, bəzi Fars körfəzi ölkələrinin ABŞ Silahlı
Qüvvələrinin onların ərazilərində yerləşən bazalardan zərbələr
endirməsinə qarşı çıxması təəccüb doğurmaycaq.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

