Lavrov təyyarə ilə ABŞ-yə 20 saata çatdı

Baş səhifə

Bakı.Trend:

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-yə səfər edib.
O, G20 (Böyük İyirmilik) üzv dövlətlərinin XİN rəhbərlərinin
görüşündə iştirak etmək üçün Atlanta şəhərinə gedib.

Bu barədə TASS məlumat verir.




G20 xarici işlər nazirlərinin görüşü oktyabrın 30-31-də
keçiriləcək və dekabrın 14-15-də Mayamidə baş tutacaq G20
liderlərinin sammiti ərəfəsində əsas tədbir olacaq. Risioyaya qarşı
sanksiyalar tə\tbiq edən ölkələrin hava məkanından yan keçdiyi üçün
təyyarə daha uzun yol qət edib və 20 saat 10 dəqiqəyə ABŞ-yə
çatıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Vladimir Putinin sammitdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı
qərarın hələ verilmədiyini bildirmişdi. Peskov, həmçinin Rusiyanın
sammitdə iştirakının “yüksək səviyyədə, səmərəli və fəal” olacağını
qeyd etmişdi.