Qazaxıstan XİN rəsmi Kiyevə çağırış edib

Baş səhifə

Bakı.Trend:

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanı Qara
dənizdə respublikaya məxsus gəmilərə hücumları dayandırmağa
çağırıb.

Qazaxıstan KİV-nin məlumatına görə, nazir bu barədə BMT Baş
Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa
ilə görüşü zamanı bildirib.




“Əlbəttə, ikitərəfli görüşlər çərçivəsində bir çox ölkənin
xarici işlər nazirləri ilə görüşdüm. Onların arasında Rusiya xarici
işlər naziri Sergey Lavrov və Andrey Sibiqa da var idi. Onlarla
yaranmış münaqişə kontekstində münasibətlərimizi müzakirə etdik.
İlk növbədə, Ukrayna tərəfi ilə Qara dənizdə gəmilərimizə pilotsuz
uçuş aparatları ilə hücumlara bundan sonra yol verilməməsinin
vacibliyindən danışdıq”, – deyə o bildirib.

Tleuberdi, həmçinin Lavrovu müharibəni mümkün qədər tez başa
çatdırmaq üçün Kiyevlə danışıqlar aparmağa çağırıb. O, sülh
danışıqlarının Qazaxıstanda keçirilməsinə etiraz etməyəcəyini də
qeyd edib.