
Bakı. Trend:
İranın ABŞ-nin hərbi obyektlərinə vurduğu zərər təxminən 13
milyard dollar həcmindədir.
Bu barədə WSJ-də dərc olunan analitik məqalədə bildirilib.
Nəşrin hesablamalarına görə, zərbələr Yaxın Şərqin səkkiz
ölkəsində ABŞ-yə məxsus ən azı 20 obyektə təsir edib, 42-dən çox
təyyarə zədələnib və ya məhv edilib.
Pentaqon rəhbəri daha əvvəl ABŞ-nin İranla müharibəyə çəkdiyi
ümumi xərcləri 37,5 milyard dollar qiymətləndirib.
İordaniyada “Müvəffəq Səlti” aviabazasına endirilən zərbə
nəticəsində üç ABŞ hərbçisi həlak olub, anqarlar və digər
infrastruktur obyektləri zədələnib. Nəşr daha əvvəl iki hərbçinin
öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib. Qətərdə ABŞ-nin
Birləşmiş Hava Əməliyyatları Mərkəzi ciddi zərər görüb. Zərbələr
Səudiyyə Ərəbistanında da təyyarələrə ziyan vurub və ABŞ
hərbçilərinin yaralanmasına səbəb olub.

