Bakı. Trend:
Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib, sürücü ölüb.
Trend-in
məlumatına görə, bu gün saat 19:00 radələrində Şəki–Qax yolunun
Şəki rayonu ərazisindən keçən hissəsində “Opel” markalı avtomobil
idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən
həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

