AİİB və AİB Xəzər yaşıl enerji dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına 2 milyon dollar ayıracaq

Baş səhifə

Bakı.Trend:

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Asiya İnkişaf
Bankı (AİB) “Xəzər yaşıl enerji dəhlizi” layihəsinin
texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını birgə
dəstəkləyəcək.

Bu barədə AİİB-nin məlumatında deyilir.

Qeyd olunur ki, tədqiqatın ümumi maliyyələşdirmə həcmi 2 milyon
dollar təşkil edəcək.

AİİB və Azərbaycan hökuməti ümumi məbləği 1,1 milyon dollar olan
qrant sazişləri imzalayıb. Bildirilir ki, vəsait AİİB-nin dəstəyi
ilə Çoxtərəfli İnkişaf Maliyyələşdirilməsi Əməkdaşlıq Mərkəzinin
(MCDF) maliyyə mexanizmi vasitəsilə ayrılıb.




“1 milyon dollar məbləğində qrant “Xəzər yaşıl enerji dəhlizi”
layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birinci
mərhələsinə yönəldilib. Əlavə olaraq, AİB texniki yardım üçün 1
milyon dollar ayıracaq.

Layihə Azərbaycanla Qazaxıstan arasında uzunluğu 400
kilometr olan sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutur.
Özbəkistan dəhlizə quru elektrik şəbəkələri vasitəsilə
qoşulacaq.

Tədqiqat çərçivəsində layihənin texniki, iqtisadi, maliyyə,
ekoloji və sosial baxımdan məqsədəuyğunluğu qiymətləndiriləcək.
Həmçinin elektrik enerjisinin ötürülməsi variantları və onun
transsərhəd ticarəti imkanları araşdırılacaq”, – deyə bank
bildirir.