Britaniyalı dənizçilər dronları su şırnaqları ilə zərərsizləşdirəcək

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyada atom sualtı qayıqlarının dənizçiləri limanda
olduqları müddətdə pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün
yanğınsöndürmə şırnaqlarından istifadə üzrə təlimlər keçirlər.

“The Sun” qəzetinin yazdığına görə, sualtı qayıqlar limanda
olarkən bu vasitə onların hava hücumundan müdafiəsi üçün yeganə
yerüstü silah hesab olunur.




Hədəfləri dəqiq vurmaq üçün bütün yanğınsöndürmə şırnaqları
tapança tipli dəstəklə təchiz edilib. Güman edilir ki, dənizçilər
bu üsulla FPV kameraları ilə təchiz olunmuş qısa və orta mənzilli
dronlardan yerüstü müdafiəni təmin edə biləcəklər. “The Sun” qeyd
edir ki, daha uzaq məsafələrə uça bilən PUA-ları isə artıq Kral
Hərbi Hava Qüvvələrinin qırıcıları ələ keçirməlidir.

Dəyəri təxminən 5 milyard dollara çatan “Vanguard” sinifli
sualtı qayıqlar “Trident 2” nüvə ballistik raketləri ilə
silahlanıb. Bu raketlərin partlayış gücü 100 kilotona çata bilər.
Qəzetin mənbələrinin bildirdiyinə görə, sualtı qayıqlar vaxtlarının
böyük hissəsini Böyük Britaniya üçün strateji əhəmiyyət daşıyan
Klayd hərbi-dəniz bazasının limanında keçirirlər.