Beynəlxalq konfrans iştirakçılarının Şuşaya səfəri başa çatıb (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Şuşa. Trend:

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən
IV Beynəlxalq Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri
yekunlaşıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Dövlət Komissiyasının
təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar şəhərdəki
yaşayış kompleksləri, tarixi və mədəni məkanlarla tanış
olublar.

Nümayəndə heyəti Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu
Natəvanın güllələnmiş büstlərini ziyarət edib. Daha sonra
iştirakçılar Şuşa qalasının qala divarları önündə xatirə fotosu
çəkdiriblər.

Səfər çərçivəsində qonaqlar Şuşa həbsxanasında da olublar.
Onlara işğal dövründə burada saxlanılan azərbaycanlı əsir və
girovlara qarşı törədilmiş cinayətlər barədə məlumat verilib.

Bildirilib ki, həbsxanada saxlanılmış 144 nəfərin taleyi bu
günədək məlum deyil. Şuşa işğaldan azad edildikdən sonra ərazidə
aşkarlanan iki kütləvi məzarlıqdan 31 nəfərin qalıqları
çıxarılıb.

14:53

xxx

İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən
IV beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinə səfər
ediblər.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti Şuşada yeni inşa
olunan yaşayış binaları ilə tanış olub.

Səfər proqramına şəhərin tarixi və mədəni məkanlarının ziyarəti
də daxildir.

xxx
14:33




İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində təşkil
olunan IV beynəlxalq konfransın iştirakçılarının Xocalıya səfəri
başa çatıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçıları Xocalı
Soyqırımı Memorialını ziyarət ediblər.

Səfər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən, “İtkin
düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və
effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusuna həsr olunan
beynəlxalq konfrans çərçivəsində baş tutub.

Sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və
xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, müvafiq qurumların
rəhbərləri, ekspertlər, hüquq müdafiəçiləri, səfirlər və hərbi
attaşelərin daxil olduğu nümayəndə heyəti səfərini Şuşada davam
etdirəcək.

Konfrans iştirakçılarının Şuşanın tarixi və mədəni məkanları ilə
tanışlığı nəzərdə tutulur.

12:01

xxx

İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində təşkil
olunan IV beynəlxalq konfransın iştirakçıları Xocalı şəhərində
yerləşən Xocalı Soyqırımı Memorialına baş çəkiblər.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, səfər Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının
təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin
həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf
etdirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş
tutub.

Nümayəndə heyətinin tərkibinə sabiq dövlət və hökumət başçıları,
beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli
şəxsləri, itkin düşmüş şəxslərlə bağlı fəaliyyət göstərən
qurumların rəhbərləri, ekspertlər, hüquq müdafiəçiləri, səfirlər və
hərbi attaşelər daxil olublar.