
Bakı. Trend:
Kriştiano Ronaldo karyerasında 980-ci qolunu vurub.
“Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 8-ci
turunda “Əl-Diriyə” ilə keçirilən matçın 23-cü dəqiqəsində hesabı
açıb (2:0, İkincihissə).
Ronaldo Kinqsli Komanın zərbəsindən sonra qapıçıdan qayıdan topu
tora göndərib.
Portuqaliyalı futbolçu karyerası ərzində klub səviyyəsində 834,
milli komandanın heyətində isə 146 qol vurub.

