Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə
telefonla danışıb.

Bunu ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. O bildirib
ki, Rusiyanın ABŞ və dünya bazarına ilkin mərhələdə 300 min tondan
çox dizel yanacağı tədarük edəcəyinə dair razılığa gəlinib.

Trampın sözlərinə görə, tərəflər noyabrda daha 500 min ton,
ardınca isə 1 milyon ton dizel tədarükü barədə razılığa gəliblər.
Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa
müddətdə əlavə 3 milyon ton yanacağın bazara çıxarılması da nəzərdə
tutulur.




“Rusiya enerjisi ilə bağlı bu mühüm açıqlama nəticəsində
amerikalılar və bütün dünya üçün dizelin qiyməti sürətlə və rekord
səviyyədə aşağı düşəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.

O, xüsusilə fermerlər, heyvandarlar və yük maşını sürücüləri
üçün qiymətlərin azaldılmasını əsas prioritetlərindən biri
adlandırıb.