40 yaşlı kişinin evindən meyiti tapıldı

Baş səhifə

Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfindən yaşadığı mənzildə aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.