
İran Prezidenti Məsud Pezeşkian MDB ilə Tehran arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib.
Bu barədə “Fars” agentliyi İran Prezidentinin MDB sammitindəki çıxışına istinadən məlumat yayıb.
Pezeşkian bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri + İran”, yaxud “MDB+1” formatı dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi yaradılmalıdır.
İran Prezidentinin sözlərinə görə, bu format MDB ölkələri ilə İran arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edə bilər.

