
Bakı.Trend:
Çinin “Çançjen-7A” daşıyıcı raketi Haynan adasındakı Vençan
kosmodromundan buraxıldıqdan qısa müddət sonra havada
partlayıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
“The Guardian”ın yazdığına görə, qəza buraxılışdan təxminən 90
saniyə sonra baş verib. Raket “Çjunşin-4B” peykini orbitə çıxarmalı
idi. Partlayışın səbəbləri araşdırılır.
Bu qəza “Çançjen-7A”nın 2020-ci ilin martında həyata keçirilən
ilk uçuşundan bəri altı ildən artıq müddətdə baş verən ilk qəza
olub.

