Tramp Zelenskinin tənqidlərinə cavab verib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir
Zelenskinin Rusiya ilə neft razılaşmasının müharibəni uzadacağı
barədə tənqidlərinə münasibət bildirib.

Jurnalist Trampdan Zelenskinin bu razılaşmanı zəif addım kimi
qiymətləndirməsinə münasibətini soruşub.

“Biz güclü tərəfdaşıq. Dünyanın neftə ehtiyacı var. Buna görə də
dizel yanacağı əldə etməkdən çox məmnunuq”, – deyə ABŞ Prezidenti
cavab verib.




O, razılaşmaya görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür
edib.

“Rusiya ilə bağlanmış neft sazişi çox əhəmiyyətlidir. Bu,
ölkəmizə külli miqdarda neftin daxil olması deməkdir”,- deyə Tramp
vurğulayıb.