“Yuventus” italiyalı qapıçı ilə bağlı qərar verdi

Baş səhifə

Bakı. Trend:

“Yuventus” “Tottenhem”dən icarəyə götürdüyü Qulyelmo Vikario ilə
bağlı qərar verib.

A Seriyası nəhəngi italiyalı qolkiperin transfer hüquqlarına
yiyələnəcək. Bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.




“Ağ-qaralar” 30 yaşlı “əlcək sahibi” üçün 8 milyon avroluq
satınalma bəndini işə salacaqlar.

Qeyd edək ki, “Yuventus” Qulyelmo Vikarionu mövsümün əvvəlində
icarəyə götürüb. İtaliya millisinin üzvü Turin təmsilçisinin
heyətində meydana çıxdığı 5 rəsmi matçda qapısında 4 qol görüb.