Bakı. Trend:
Livan hökuməti ABŞ-nin himayəsi altında İsraillə apardığı
ikitərəfli danışıqlarda heç bir nəticə əldə etməyib və nəticəsiz
güzəştlərə gedib.
Bu fikri “Hizbullah” təşkilatının baş katibi şeyx Naim Qasım
tərəfdarlarına televiziya müraciətində bildirib.
“Biz Livan hakimiyyətinə İsrail tərəfinin təcavüzkar
hərəkətlərini dayandıra bilməyən bu mənasız danışıqları dondurmağı
tövsiyə edirik”, – deyə siyasətçi bildirib.
Bununla yanaşı, o, hökumətin martın 2-də “Hizbullah”ın silahlı
qanadını qanundan kənar elan edən qərarlarını ləğv edəcəyi təqdirdə
hökumətlə dialoqu bərpa etməyə hazır olduqlarını bildirib.

