Liverpulda “Palestine Action”a qoyulan qadağaya etiraz aksiyasında 82 nəfər saxlanılıb

Baş səhifə

Liverpulda Britaniyanın qadağan etdiyi “Palestine Action” təşkilatına dəstək aksiyasında 82 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Mersisayd polisi məlumat verib.

Məlumata görə, sentyabrın 27-də keçirilən aksiyada saxlanılan şəxslər qadağan olunmuş təşkilatı dəstəkləyən əşyaları daşımaqda və nümayiş etdirməkdə şübhəli biliniblər.

Daha 79 nəfər barəsində məhkəməyə çağırılmaqla hüquqi tədbir görülüb.

Qeyd edək ki, “Palestine Action” 5 iyul 2026-cı ildə Britaniyada qadağan edilmiş təşkilatlar siyahısına salınıb.

Təşkilata üzvlük, onun toplantılarında iştirak və fəaliyyətinə dəstək cinayət hesab olunur.