İspaniya klubunun qolkiperi başından ciddi zədə aldı

Baş səhifə

Bakı. Trend:

“Malyorka”nın qapıçısı İvan Kuelyar klubun yeməkxanasında baş
verən hadisədən sonra xəstəxanaya yerləşdirilib.

İspaniya klubu açıqlamasında bunları bildirib:

“Bu səhər İvan ‘Piçu’ Kuelyar klubun idman kompleksinin yemək
zalındakı dekorasiyanın bir hissəsi olan iri konstruksiyanın uçması
nəticəsində başından ciddi zədə alıb.




Futbolçu xəstəxanaya çatdırılıb və növbəti 24 saat ərzində həkim
nəzarəti altında saxlanılacaq”.

42 yaşlı Kuelyar 2023-cü ildən “Malyorka”nın futbolçusudur. O,
daha əvvəl “Atletiko”, “Sportinq Xixon” və “Leqanes” kimi klublarda
çıxış edib.