
Bakı. Trend:
İran nümayəndə heyəti Nyu-Yorkda ABŞ ilə danışıqlar aparmağı
planlaşdırmır.
Bu barədə İran mediası məlumatlı mənbəyə istinadən xəbər
verib.
“Məsələnin İran nümayəndə heyətinin gündəliyində ABŞ tərəfi ilə
yeni danışıqlar raundunun keçirilməsi yoxdur və xarici işlər naziri
planlaşdırılan tədbirlər başa çatdıqdan sonra çərşənbə axşamı
vətənə qayıdacaq”, – deyə mənbə bildirib.
O qeyd edib ki, Tehranın mövqeyi ötən çərşənbə axşamı Qətər
vasitəçisi vasitəsilə ABŞ tərəfinə çatdırılıb və “İran ABŞ
tərəfinin cavabını gözləyir”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika və
İran tərəfləri arasında münaqişəyə son qoymaq üçün danışıqlar bu
həftənin əvvəlində baş tuta bilər.

