
Bakı.Trend:
Fransanın cənginə almış etiraz dalğası fonunda yuxarı
sinif şagirlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər
saxlanılıb.
Bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən
məlumat yayıb.
Bildirilib ki, nümayişlər respublikanın 564 təhsil
müəssisəsinin qarşısında keçirilir və onların fəaliyyəti
pozulub.
Daha əvvəl Fransanın ədliyyə naziri Jerald Darmanen
RTL radiostansiyasının efirində bildirib ki, şagirdlərin
nümayişlərində 2 min nəfər saxlanılıb. Onların 10 faizi yetkinlik
yaşına çatmış şəxslərdir və məktəblərlə heç bir əlaqəsi yoxdur.
Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən
həftə paytaxt regionu İl-de-Fransda başlayıb və hazırda ölkənin
bütün ərazisinə yayılıb. Aksiyaların iştirakçıları həddən artıq
yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil
sistemindəki digər problemlərə etiraz edirlər.

