Türkiyə Prezidenti Azərbaycan bulvarında yol qovşağının açılışında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan bulvarında
yeni nəqliyyat qovşağının açılışında iştirak edib.

Açılış Türkiyə Prezidentinin “Texnofest-Cənub-Şərq” festivalının
keçirildiyi Şanlıurfaya səfəri çərçivəsində baş tutub.

Açılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri
Abdulkadir Uraloğlu və Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov
da iştirak ediblər.




Yeni qovşağın Şanlıurfanın nəqliyyat sistemindəki yükü
əhəmiyyətli dərəcədə azaltması, şəhər mərkəzi ilə GAP hava limanı
arasındakı səfər müddətini qısaltması gözlənilir.

Azərbaycan bulvarı Şanlıurfanın 2 min çarpayılıq yeni şəhər
xəstəxanasına çıxışı təmin edir. Bulvarın uzunluğu 2,5
kilometrdir.