
Bakı. Trend:
“Turan Tovuz” futbol klubu Türkiyənin “Fənərbağça” klubu ilə
yoldaşlıq görüşündə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan
qarşılaşmada İstanbul klubu 2:0 hesabı ilə qalib gəlib.
Görüşdə hesab 60-cı dəqiqədə açılıb. Fransa millisinin
futbolçusu Nqolo Kante rəqib qapısına yol taparaq komandasını önə
keçirib. 74-cü dəqiqədə Çağrı Balta fərqlənərək matçın yekun
nəticəsini müəyyənləşdirib.
Qarşılaşmanın baş hakimi azərbaycanlı Rəvan Həmzəzadə olub.
Qeyd edək ki, matçdan əldə ediləcək gəlir Qarabağ Dirçəliş
Fonduna ianə olunacaq.

