Yəmən Hərbi Hava Qüvvələri Sənada iki Husi raket qurğusunu məhv edib

Baş səhifə

Bakı. Trend:

Yəmən Hərbi Hava Qüvvələri ölkənin paytaxtı Sənada “Ənsar Allah”
hərəkatının üsyançı husilərin mövqelərinə zərbələr endirib və
nəticədə iki ballistik raket buraxılış qurğusu məhv edilib.

Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı
mənbələrə istinadən məlumat yayıb.




Mənbələrin məlumatına görə, hava zərbələri nəticəsində Nukum
dağı ərazisində raket sistemləri üzrə mütəxəssis Rabiya Cəlal Əbu
Turab öldürülüb.

Qeyd olunub ki, bu hücum hökumət qüvvələrinin silah anbarlarının
məhv edilməsinə və husilərin raket potensialının zəiflədilməsinə
yönəlmiş genişmiqyaslı kampaniyasının bir hissəsi olub.