
Bakı. Trend:
Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü
Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş
Respublikasına işgüzar səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Məlumata əsasən, Aruşa şəhərinin Kilimancaro beynəlxalq hava
limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini
Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Cenevrədəki digər beynəlxalq
təşkilatlar yanında daimi nümayəndəsi Abdallah Saleh Possi və digər
rəsmi şəxslər qarşılayıblar.

