
Bakı.Trend:
Pakistan quru sərhədlərin qorunması, həmçinin dron və
raketlərin qarşısının alınması məqsədilə Səudiyyə Ərəbistanına
30-40 min hərbçi göndərib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hərbçilər ötən ildən
başlayaraq, o cümlədən son eskalasiyadan sonra bir neçə qrup
halında Səudiyyə Ərəbistanına göndərilib. Bununla belə, İslamabad
hələlik döyüş əməliyyatlarında iştirak etmək üçün Yəmənə qoşun
göndərilməsi barədə qərar qəbul etməyib.
Pakistan Müdafiə Nazirliyi Ər-Riyada göstərilən hərbi
dəstəklə bağlı “Reuters”in sorğusuna şərh verməyib.

