
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.
Modern.az-ın yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib.
Axtarış-xilasetmə əməliyyatları və yanğının fəsadlarının aradan qaldırılması başa çatıb.
Yanğın oktyabrın 1-də axşam Sergiyev Posad şəhər dairəsində zavodun istehsalat binalarından birində baş verib. Yanğın 1 000 kvadrat metr ərazini əhatə edib, 2 000 kvadrat metr ərazidə isə struktur çökməsi baş verib.
Binadan 40 nəfər təxliyə edilib.
Yanğının səbəbi və başvermə şəraiti araşdırılır.

