Moskva vilayətində kimya zavodunda yanğın olub, beş nəfər ölüb

Baş səhifə

Moskva vilayətinin Sergiyev-Posad şəhərində Krasnozavodsk Kimya Zavodunda yanğın baş verib.

APA-nın Moskva bürosu xəbər verir ki, yanğın nəticəsində beş nəfər ölüb.

Sergiev Posad Şəhər Dairəsinin rəhbəri vəzifəsini icra edən Aleksey Lujetski bildirib ki, onların meyitləri dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

Zavodda yanğının aradan qaldırılması işləri başa çatıb.