
Bakı. Trend:
“Korintians”ın futbolçusu Memfis Depay Avropaya geri qayıda
bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Fənərbaxça”dan
təklif gəlib.
Niderlandlı isə qərar verməyə tələsmir. Çünki onun “Əl-Əhli”,
“Əl-Şabab”(hər ikisi Səudiyyə Ərəbistanı), “Əl-Vasl”(BƏƏ)
klublarından da dəvəti var.
“Fənərbaxça” futbolçunun keçidini həll etmək üçün indidən
danışıqlara start verib.
Memfis Depay karyerası ərzində PSV, “Mançester Yunayted”,
“Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.

