Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır

Baş səhifə

Bakı.Trend:

Hindistan Ermənistan ərazisində “Pinaka Mk-II” raketlərinin
istehsalı və yığılmasının təşkili imkanlarını müzakirə edir.

Bu barədə IDRW saytı məlumat yayıb.

Bununla belə, Ermənistanda mümkün yerli istehsal proqramının
hansı konkret raket variantı əsasında həyata keçiriləcəyi
açıqlanmayıb.




İstehsalın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutula
bilər. Mənbələrin bildirdiyinə görə, ilkin mərhələdə Ermənistan
Hindistandan idxal olunan komponent və materiallardan istifadə edə,
sonrakı mərhələlərdə isə yerli istehsal komponentlərinin payını
tədricən artıra bilər.

İstehsalın dəqiq formatı, raketin konkret variantı və
texnologiyaların ötürülməsi şərtləri hələ müəyyənləşdirilməyib.
Tərəflər arasında yekun razılaşma da elan olunmayıb. Ermənistanda
mümkün istehsalın həcmi davam edən danışıqların nəticələrindən
asılı olacaq.

Xatırladaq ki, Ermənistan artıq Hindistan istehsalı olan “Pinaka
Mk-II” idarəolunan raketlərini, eləcə də uzaq mənzilli
idarəolunmayan “Pinaka” raketlərini silah arsenalına daxil
edib.