
Bakı. Trend:
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın 4
təmsilçisi mübarizəyə qoşulacaq.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, Milli
Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar
başa çatacaq.
Kişilər
+100 kq çəki
Uşanqi Kokauri 1/32 finalda Emirxan
Joldoşkazıyev (Qırğızıstan) qarşılaşacaq
Camal Qamzatxanov Fransisko Solislə (Çili)
üz-üzə gəkəcək.
Kənan Nəsibov ilk mərhələdən azaddır.
Qadınlar
+78 kq çəki
Mədinə Kaysinova iAsya Tavano (İtaliya) ilə
görüşəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 5 medal (1
qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya
çempionatlarında rekord göstəricidir.

