Əhmədlidə köşkdə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində ərzaq satışı
köşkündə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat
yayıb.

Bildirilib ki, hadisə barədə “112” qaynar telefon xəttinə
məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.




Yanğınsöndürənlər yanğının genişlənməsinə imkan vermədən onu
qısa müddətdə söndürüblər.

Ümumi sahəsi 20 kvadratmetr olan köşkdə yataq dəsti qismən
yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü
Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.

Köşk yanğından mühafizə edilib. Hadisə ilə bağlı müvafiq
qurumlar tərəfindən araşdırma aparılır.