ABŞ-ın İranla münaqişəni uzatmaq niyyəti yoxdur – Pit Heqset

Baş səhifə

Bakı. Trend:

ABŞ İranla münaqişəni zərurət olmadan uzatmayacaq.

Bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Kolorado-Sprinqs
şəhərinin hava limanında jurnalistlərə bildirib.




İran əleyhinə kampaniyanın ilin sonunadək başa çatdırılmasının
mümkünlüyü ilə bağlı suala cavab verən Heqset bildirib ki, “qərarı
Ali Baş Komandan verəcək”. O vurğulayıb ki, ABŞ Prezidenti Donald
Tramp əməliyyatların əsassız şəkildə uzadılmasına imkan verməyəcək
və administrasiya öz missiyasını anlayır, onun yerinə yetirilməsi
üçün zəruri imkanlara malikdir.

“Ali Baş Komandan bu əməliyyatı zərurət olmadan davam
etdirməyəcək. O, qarşıda duran vəzifənin nədən ibarət olduğunu
anlayır. Bizə nə vaxt tapşırıq verilsə, onu yerinə yetirəcəyik”, –
deyə Pentaqon rəhbəri bildirib.