
Bakı. Trend:
Şimali Koreya Yapon dənizində 1 min kilometr məsafədə hədəfi
vurmuş orta mənzilli strateji hipersəs raketinin buraxılışı ilə
təlim keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Düşmənlərə strateji hücum vasitələrinin etibarlılığını və
öldürücü gücünü yorulmadan və dəfələrlə dərk etdirmək üçün
məsuliyyətli səylərimizi fasiləsiz davam etdirməliyik”, – deyə
təlimləri şəxsən izləyən Şimali Koreya lideri Kim Çen In
bildirib.
Agentliyin məlumatına görə, buraxılış oktyabrın 3-də ölkənin
şərq hissəsində həyata keçirilib. Raketçilər hipersəs sistemindən
istifadə üzrə hazırlıq keçib, eyni zamanda onun etibarlılığı,
effektivliyi və mobilliyi yoxlanılıb. Raket şimal-şərq
istiqamətində buraxılıb və KCNA-nın iddiasına görə, 1 min kilometr
məsafədə yerləşən müəyyən edilmiş nöqtəni dəqiq vurub.

