
Bakı. Trend:
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat
yayıb.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin
edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla
davam etdirilir.
“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd
dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı
nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası
istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası
vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il
təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən
saxlanılıb”.
Qeyd edilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm
еtdirilir.

