Bakı. Trend:
Baltik dənizində NATO-nun sualtı qayıqlara qarşı mübarizə üzrə
birgər hərbi-dəniz təlimləri başlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsveçin silahlı qüvvələrinin
mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsveçin ərazi sularında keçən “müharibə
oyunlarında” NATO-nun birinci daimi hərbi dəniz qrupu ilə yanaşı,
İsveç və Almaniya hərbi dəniz qüvvələrinin gəmiləri iştirak
edir.
Bundan əvvəl İsveç hökuməti hərbi dəniz təlimlərinin 10-14
noyabr tarixlərində keçiriləcəyini bəyan etmişdi. Təlimlərin erkən
keçirilməsinin səbəbi aydınlaşdırılmayıb.

