Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən yeni dövlət standartları qəbul edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS
979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və
təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və
qiymətli metallar – Yüksək saflıqlı gümüşün təyini – ICP-OES
üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət
standartları qəbul edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutundan
məlumat verilib.

Bildirilib ki, bu, dövlət standartlarının qəbul edilməsində
məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və
məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.




Qeyd edək ki, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar.
Terminlər və təriflər” dövlət standartı qiymətli daşların elmi,
texniki və kommersiya sahələrində düzgün təsnifatını və
kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının
yaradılmasını nəzərdə tutur.

AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar –
Yüksək saflıqlı gümüşün təyini – ICP-OES üsulundan istifadə
olunmaqla fərqlər üsulu” dövlət standartı isə zərgərlik
məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı
şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir
edir.

Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq
“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə
Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindən
təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət
Fonduna daxil edilib.