Almaniyanın Müdafiə Nazirliyi qısa müddət ərzində 536 milyon avro məbləğində minlərlə kamikadze pilotsuz uçuş aparatı (PUA) almağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Spiegel” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu PUA-lar süni intellekt vasitəsilə hədəfləri izləmək qabiliyyətinə malikdir.
Məlumata görə, Müdafiə Nazirliyi PUA-ları “Helsing” və “Stark Defence” startaplarından alacaq. İki modelin sifarişi planlaşdırılır – birincisi, “Stark Defence” şirkətinin daha güclü və ağır “Virtus” PUA-sı 5 kq-a qədər partlayıcı daşıya bilər. Aparat qalxış üçün xüsusi qurğu tələb etmir.
İkinci model – “Helsing” şirkətinin “HX-2” PUA-sı xeyli yüngüldür, Ukraynada sınaqlardan keçib və istehsalçı tərəfindən təkmilləşdirilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

